Azərbaycan xalqına böyük itki- RÜSTƏM İBRAHİMBƏYOV VƏFAT EDİB

  • By admin
  • 11 Mart 2022 16:44

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd olunub ki, R. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Qeyd edək ki, o, 2013-cü ildə prezident seçkilərində daha çox gündəmə gəlmiş, müxalif partiyaların cəmləşdiyi Milli Şuranın sədri seçilmişdi. 2013-cü il dekabrın 3-də isə Cəmil Həsənli Şuranın sədri seçilmişdi.

Qeyd edək  ki, Rüstəm İbrahimbəyov əsl ziyalı kimi ölümünə qədər daim Azərbaycan xalqının problemlərini

düşünən , onun həlli üçün hökumətə davamlı çağırışlar edən şəxsiyyət olub .

Allah rəhmət eləsin!

Gununsesi.info