“Rustavi 2” telekanalını rusiyalı biznesmen almaq istəyir

  • By admin
  • 19 Avqust 2019 16:49

Rusiyalı biznesmen David Yakobaşvili Gürcüstanın “Rustavi 2” teleşirkətini almaq istədiyini bildirib.

“Vzqlyad” qəzeti xəbər verir ki, D.Yakobaşvili telekanalın sahibi Kibar Xalvaşi ilə danışıqlar aparır.

 Danışıqların təfərrüatı məlum deyil.

Telekanalın rəhbərliyi bu məlumatı hələ şərh etmir.

Qeyd edək ki, D.Yakobaşvili “Vimm-Bill-Dann” şirkətinin təsisçilərindən biri olub.

Gununsesi.org