Rza Zərrab məsələsi Türkiyəyə qarşı SİYASİ SAVAŞDIR

  • Müəllif: admin
  • 20 Noyabr 2017 17:54

“Daha öncə də vurğuladıq ki, ABŞ-da həbsdə saxlanılan Rza Zərrab məsələsi Türkiyəyə qarşı açıq bir təxribatdır”.

Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, bu bir siyasi savaşdır və hüquqi əsasları yoxdur: “Zəhərli ağacın zəhərli meyvəsi olar. Türkiyə ilə İran arasında iqtisadi əlaqələr beynəlxalq hüquqa uyğun olduğu kimi, bu məsələdəki əlaqələri də beynəlxalq hüquqa söykənir. Türkiyə hüquqi dövlətdir və ticari əlaqələrini də bu çərçivədə qurur. Ona görə də bir daha bəyan edirəm ki, Rza Zərrab məsələsi Türkiyəyə qarşı siyasi savaşdır. Burada hüquqa söykənən heç bir dəlil yoxdur. Türkiyəyə qarşı iftiralar sonda üzə çıxacaq”.

Gununsesi.info