Şəhid ailələrinə ev verilib

  • By admin
  • 30 Sentyabr 2016 17:12

astara
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Astara rayonunda inşa etdirilən 4 ədəd fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilıb.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, evlərin təqdim olunması tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Astara rayon İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, bu ilin ötən dövründə artıq 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.
Bundan sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Anar
Gununsesi.info