Sədəfli kənd sakinlərini “Açıq mikrofon”a gətirən tək səbəb - FOTOLAR

  • By admin
  • 17 İyul 2023 18:57

“Səyyar qəbul otağı” həftənin ilk iş günü Qobustan rayonunun Sədəfli kəndində Vətən müharibəsi şəhidi Elyar Vəliyevin evinin qarşısında təşkil edilib.

Kəndin 15 sakinini aksiyaya gətirən səbəb isə bir olub. Kəndin bütün sakinləri adından çıxış edənlər qaz xətti yeni çəkilmiş Sədəfli kəndinin tezliklə mavi yanacaqla təmin olunmasını xahiş ediblər.

Aksiya iştirakçılarının müraciətləri dinlənildikdən sonra Ağsu RQİİ-nin rəhbər şəxsləri Vətən müharibəsi şəhidi Elyar Vəliyevin xatirəsinə yaradılan güşəni ziyarət ediblər.

Gununsesi.info