Sədr müavini: - "Metronun "Xətai" stansiyası payızda təmirə bağlana bilər"

  • Müəllif: admin
  • 07 İyun 2018 13:15

 

Bakı Metropoliteninin “Xətai” stansiyasının təmirə bağlanacağı vaxt açıqlanıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov stansiyanın yaxın 3 ayda təmirə bağlanmayacağını deyib.

H.Məmmədov qeyd edib ki, “Xətai” stansiyasının bir hissəsində təmir işləri aparılıb:

“Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırırıq ki, “Xətai” stansiyasını payız aylarında təmirə bağlayaq. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.