Səfər Mehdiyev Xırdalanda vətəndaşlarla görüşdü

  • By admin
  • 30 Mart 2022 13:40

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Gununsesi.info-nun komitəyə istinadən verdiyi məlumata görə, S.Mehdiyev qəbuldan öncə Xırdalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron və Zəngilan rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Gununsesi.info