Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu - ÖZƏL

  • By admin
  • 26 İyul 2022 09:30

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info-nun xəbərinə görə, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış  cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

 

Gülnar 

Gununsesi.info