Səfiri öldürən polisin evindən Əl-Qaidənin kitabları çıxdı

  • Müəllif: admin
  • 20 Dekabr 2016 19:38

sefir-qatil

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis əməkdaşı Mövlud Mərd Altıntaşın evində aparılan axtarışlar sona çatıb.

Gununsesi.info xəbər verir ki, Ankaranın Keçiören rayonunda yerləşən mənzildə FETÖ şəbəkəsinə və Əl-Qaidə terror təşkilatına aid kitablar tapılıb.

Xatırladaq ki, sözügedən şəxs dünən silahlı hücumu həyata keçirdikdən 40 dəqiqə sonra öldürülüb.

 

Gununsesi.info