Şəhid mayor Novruzov - FOTO

  • By admin
  • 14 İyul 2020 15:42

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan hərbçilərimizdən biri də mayor Novruzov Anar Gülverdi oğludur. 

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Şəhid mayor 25 il hərb sahəsində xidmət edib. A. Novruzov Masallı rayon Ərkivan qəsəbəsində anadan olub

Onun 2 övladı var. Yaxınlarının bildirdiyinə görə, A. Novruzov həmişə ön cəbhələrdə qəhrəmancasına döyüşüb.

 

 

Gununsesi.org