Şəhid uşaqları üçün yay düşərgəsinin 2-ci mərhələsi başlayır - FOTOLAR

  • By admin
  • 08 Avqust 2022 20:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi təşkil olunub.

Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.

Layihə iki mərhələdən ibarət olacaq. 2-ci mərhələdə uşaqlardan və valideynlərdən ibarət 75 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.

İkinci qrup olaraq 75 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb.

08–13 avqust tarixlərində şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər.

Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

Gununsesi.info