Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn olundu

  • By admin
  • 13 İyul 2020 10:29

Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olmuş əsgərimiz, 2002-ci il təvəllüdlü Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

Gununsesi.org  xəbər verir ki, kənd qəbiristanlığında 18 yaşlı şəhidin cənazəsi Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

 

Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak edib. Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.

Gununsesi.org