Şəhidimizin övladı faciəvi şəkildə öldü

  • By admin
  • 18 İyul 2022 09:49

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

Gununsesi.info