“Səhnədə partlayış edəcəm” - Almaz Ələsgərli

  • By admin
  • 05 İyul 2016 12:40

aalmaz

 

“Fəxr edirəm ki, “Sevilən aktrisa” adına layiq görülmüşəm. Bununla qürur duyuram. Mən aktrisalıq fakültəsini bitirmişəm və ilk addımlarımı Musiqili Teatrda atmışam”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Almaz Ələsgərli deyib.

Uzun müddətdir aktrisa kimi fəaliyyətə başlayan müğənni iddialı danışıb.

O, bildirib ki, yaxın günlərdə yeni tamaşaları ilə partlayış edəcək:

“Bir vaxt aktrisalığıma ara verdim, müğənniliyə başladım. Amma indi qayıtdım, yenidən aktrisa kimi fəaliyyətə başladım. Müğənniliyi də atmayacağam. Axır ki, öz arzularıma çatdım. Çox sevinirəm. Bilirəm ki, səhnədə partlayış edəcəm. Qarşıda 7-8 tamaşam var. Hamı görəcək ki, mən bu sənətlə doğulmuşam. Hamı baxandan sonra çox təəccübləndi ki, “siz belə tamaşa oynayırsınız, sizdə belə istedad var”. Teatr məsuliyyət tələb edir. Səhnədə hər şeyi əzbər bilməlisən”.

A.Ələsgərli seriallara dəvət aldığını deyib:

“Çox serial təklifi gəlir. Hələ seçim edirəm. Birdən-birə seriala çəkilməyə cürət etmirəm. Ürəyimə yatanı olsa, seçəcəm”.

Müğənni istirahətə hazırlaşdığını söyləyib:

“Qızım İsveçdə yaşayır. Hər il onun yanına gedirəm. Bu dəfə teatra görə səfərim gec oldu. Yaxın günlərdə övladımın yanına yola düşəcəm, orada dincələcəm”.

Gununsesi.info