Şəkidə 5 məktəbli və bir müəllimin zəhərlənməsi ilə bağlı -Açıqlama

  • By admin
  • 28 Noyabr 2018 18:40

Şəkidə məktəblilərin səhhətində yaranan problem ilə bağlı aparılan araşdırmaların nəticələri məlum olub. “Gununsesi.org” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı araşdırmalar aparılıb. Götürülən nümunələr laborator müayinələrdən keçirilib.

Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib.

Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.