
Şəkidə yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəki rayonu, Baş Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












