Şəkidə ayı kənd sakinlərinə hücum edib - VİDEO

  • By admin
  • 22 İyun 2018 12:18

Şəkinin Baş Zəyzid kəndinə ayılar hücum edib.

Gununsesi.info-nun xəbərinə görə, kənd sakinləri bildirib ki, son bir ayda 30-a yaxın mal-qara ayı hücumuna məruz qalıb.

Ayının öldürülməsi isə qanunla qadağan olunduğuna görə onların sayı çoxalıb. Ayılar hətta üç kənd sakininə də hücum edərək, onları yaralayıb.

Sakinlər onu da qeyd edir ki, sığorta şirkətləri onlara dəyən ziyanı qarşılamaqdan boyun qaçırırlar.