Şəkidə bir-birinə bitişik tikilmiş iki yaşayış evində yanğın baş verdi

  • Müəllif: admin
  • 01 Avqust 2017 08:20

FHN

Şəkidə bir birinə bitişik tikilmiş iki fərdi yaşayış evində yanğın olub, onlardan biri ev əşyaları ilə birlikdə yanıb.

Gununsesi.info-nun  məlumatına görə, bu gecə saat 01:47 radələrində Şəki şəhəri, S. Kazımov küçəsində Elnur Vaqif oğlu Məmmədova məxsus, ümumi sahəsi 168 kv/m olan 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğının güclü olması səbəbindən alov bitişik tikilmiş Zəhrabəyim Əhmədovaya məxsus, ümumi sahəsi 150 kv/m 4 otaq və şüşəbənddən ibarət digər fərdi yaşayış evinin dam örtüyünə də keçib. Zəhrabəyim Əhmədovanın evində başlayan yanğın dərhal məhdudlaşdırılaraq söndürülüb. Nəticədə evin dam örtüyünün 10 kv/l-lik sahəsinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info