Şəkidə meşə yanır

  • Müəllif: admin
  • 31 İyul 2017 16:18
E75ED065-F642-4FF0-B924-46719C8BF508_cx0_cy26_cw0_w1023_r1_s
Azərbaycanın şimal-qrəb bölgəsində meşə yanğını baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, meşə yanğını Şəki raonu ərazində qeydə alınıb. İlkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
 Gununsesi.info