Şəkidəki hadisə nəticəsində xəsarət alanlarla bağlı - AÇIQLAMA

  • By admin
  • 17 İyul 2019 10:54

Səhiyyə Nazirliyi Şəki şəhərində Xan sarayının həyətində çinar ağacının sınaraq insanların üzərinə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Gununsesi.org-a daxil olan məlumatda qeyd olunub ki, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

 Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir.
Gununsesi.org