Mehmet Ali Erbillə söhbətində uşaqlarının haqqında söhbət edən İbrahim Tatlıses “Sənin 3, mənimsə 7 övladım var. Övladlarımın hamısını çox istəyirəm. Amma tək sayları sevmirəm. Hərdən fikrimdən keçir ki, səkkinci övladım olsa daha yaxşı olar. Dördə-dörd olar. ” deyib.

İbrahim Tatlısesin sözlərinin zarafat olduğunu zənn edən Mehmet Ali Erbil: “Sən ciddisən? Doğrudan 8-ci uşağının olmasını istəyirsən?” deyə sual verib. İbrahim Tatlıses isə: “Mən çox ciddiyəm. 7 təkdir. Mən cüt sayları sevirəm” söyləyib.

Qeyd edək ki, 69 yaşlı İbrahim Tatlıses özündən 43 yaş kiçik sevgilisi ilə eşq yaşayır.

Səkkinci uşağımın da olmasını istəyirəm, çünki...