Səməd Seyidov: “Ermənistan məhkəməyə çağırılmalıdır”

  • By admin
  • 28 Noyabr 2016 13:15

Samad Seyidov

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi gedir, Ermənitan isə qeyri-konstruktiv mövqedən çıxış edir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.

O bildirib ki, Avropanın bütün layihələrində iştirak edən Ermənistan məhkəməyə çağırılmalıdır: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir. Bu məsələnin hüquqi müstəviyə çıxarılması kifayət qədər çətindir. Bəzən deyirlər ki, biz bu məsələlərdə gecikmişik, elə deyil, bununla bağlı işlərimiz davam edir”.

Komitə sədri əlavə edib ki, kimsə deyirsə gecikmişik yanlışlıqıdır: “Dünyada belə praktikalar var. Biz bu praktikalrdan yaralanıb, Xocalı soyqrımının günhakaralarını cəzalandıra bilərik”.

Mürtəza

Gununsesi.info