Şəmistan Əlizamanlı Afrin əməliyyatına dəstək verdi - MAHNI TÜRKİYƏDƏ GÜNDƏM OLDU (VİDEO)

  • By admin
  • 18 Fevral 2018 21:40

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının“Zeytun budağı”na Azərbaycan türklərinin də dəstəyini  nümayiş etdirən mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.  

Gununsesi.info azpolitika.info-ya istinadən xəbər verir ki, bəstəkar və ifaçı Şəmistan Əlizamanlı Əhməd Cavadın sözlərinə türk əsgərlərinə həsr olunmuş “Yürüyün, əsgər, yürüyün” mahnısını bəstələyib.
Türk ordusunun sivillərə qarşı həssaslığının da qeyd olunduğu bəstədə eyni zamanda qardaş ölkə əsgərlərinin məsum vətəndaşların imdadına yetişdiyi vurğulanır.
Şəmistan Əlizamanlının bu mahnısına Türkiyə mediası da geniş yer ayırıb. Bunun Azərbaycanın Türk ordusuna növbəti dəstəyi olduğu bildilib.

Gununsesi.info