Şəmkirdə ağır qəza - 2 NƏFƏR ÖLÜB, 3-Ü İSƏ XƏSARƏT ALIB

  • Müəllif: admin
  • 24 Aprel 2018 18:04

Şəmkirdə ağır yol qəzası baş verib.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info