Şəmkirdə ağır qəza -1 nəfər öldü

  • Müəllif: admin
  • 01 Oktyabr 2016 22:47

qeza

 

Gununsesi.info-ya verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi rayonun Qaracəmirli kəndində baş verib. Rayon sakini Babək Məmmədov idarə etdiyi “Mercedes” markalı minik avtomobili aşırıb.

Nəticədə sərnişin Elşad Namazov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info