Şəmkirdə ailə faciəsi - Qayınana dəm qazından öldü, gəlin isə ağır vəziyyətdədir

  • By admin
  • 23 Oktyabr 2016 21:33

ambulans

Şəmkirdə dəm qazından zəhərlənmə olub.

Gununsesi.info-nun  APA-nın qərb bürosuna istinadən veridyi məlumata görə hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info