Şəmkirdə bıçaqlanma: 1 ölü

  • By admin
  • 18 İyun 2016 14:29

knife_101012

 

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 17-də Şəmkir rayonunun Kür qəsəbəsində qəsəbə sakini Sabit Əliyev münaqişə zəminində həmyerliləri Mahir Abbasova və onun qardaşı Zaura bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib, Mahir orada ölüb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulub.