Şəmkirdə bir gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

  • Müəllif: admin
  • 15 Noyabr 2017 19:05


Ötən gün Şəmkir rayonunda avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.
“Report”un  məlumatına görə, rayonun Düyərli kənd ərazisində yolu keçən zaman “VAZ-2106” markalı avtomobil tərəfindən vurulan kənd sakini Ramazan Quliyev həkimlərin səylərinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info