Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürdü

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 09:32
Şəmkirdə gənc oğlanı qatar vurub.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Sabirkənd kənd sakini, 2004-cü il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info