Şəmkirdə həbs olunanlar- ADLAR

  • By admin
  • 26 Aprel 2021 15:20

Hüquq-mühafizə orqanlarının Şəmkir rayon İcra Hakimiyyətində keçirdiyi anti-korrupsiya əməliyyatları nəticəsində saxlanılanların kimliyi məlum olub.

Gununsesi.info-nun xəbərinə görə, Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon Təhsil Şöbəsi-nin müdiri Qüdrət Əliyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Teymur Hacıyev, icra nümayəndəsi Pərviz İbrahimov və baş memar həbs edilib.

Saytımıza məlumat verən mənbəyin sözlərinə görə, uzun illərdir Şəmkir rayon icra hakimiyyətinin başçısından şikayətçi olan rayon sakinlərini hazırda Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dindirir.

Şikayətlərdə vətəndaşlara məxsus pay torpaqlarının başqalarına satılması, örüş-otlaq sahələrinin satılaraq yerində təyinatı olmayan tikintilərin aparılması, rayon məktəblərində və bağçalarında rüşvətxorluq halları və.s əks olunmuşdur.

Onu da qeyd edək ki, Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev uzun illər Alimpaşa Məmmədovun müavini vəzifəsində çalışıb.

Gununsesi.info