Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 21:45

download-1

 

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“Opel” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, Şəmkir rayon Sarıtəpə kənd sakinləri, 1966-cı il təvəllüdlü Qalib Quliyev və 1972-ci il təvəllüdlü Nurəddin Rzaquliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.info