Şəmkirdə toy yasa döndü - 2 ÖLÜ, 3 YARALI

  • Müəllif: admin
  • 24 Aprel 2018 19:36

Şəmkirdə ağır yol qəzası baş verib.

Gununsesi.info APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info