Şəmkirdə yol qəzası - 13 YAŞLI QIZ ÖLDÜ

  • By admin
  • 13 Avqust 2017 09:00

qeza_piyada_374765t

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info