
Rəsm hər kəs tərəfindən bəsit cizgilər ilə çəkilə bilər. Bunun üçün adi qələmlərdən istifadə etmək kifayətdir. Rəssamlıq qabiliyyəti olanlar isə bəzən fərqli metodlardan istifadə edirlər. Məsələn, Aleksis Fraser adlı xanım rəsm çəkmək üçün dodaq boyasından istifadə edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, əsərlərini dodaqları ilə yaradan Fraser üçün bu bir az çətin başa gəlsə də, nəticədə maraqlı rəsmlər ortaya çıxır. Bir çox üz ifadəsini dodaq boyası vasitəsilə dodaqları ilə çəkən Fraser bütün diqqətləri öz üzərinə çəkib. Rəssamların artıq klassik fırçalar əvəzinə fərqli metodlardan istifadə etməyinin vacibliyini vurğulayan Alexsis öz qeyri-adi bacarığı ilə rəssamlığa yeni üsul qazandırıb.

Gununsesi.info












