“Səndən belə ağılsızlıq gözləməzdik…” - Buddistlər Ronaldonu Buddanın heykəli qarşısındakı fotosuna görə tənqid etdilər

  • By admin
  • 21 Oktyabr 2016 08:28

3-1

Buddistlər “Real” Madridin futbolçusu Ronaldonu Buddanın heykəli qarşısındakı fotosuna görə tənqid ediblər.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb idmançının sosial şəbəkədə ayağını Buddanın heykəlinə qoyduğu foto paylaşması olub.

“Bu, hörmətsizlikdir. Sən Buddanın heykəlinə ayağını necə qoya bilərdin?

Səndən belə ağılsızlıq gözləməzdim. Bu gün sən pərəstişkarlarından birini itirdin”- deyə, istifadəçilərdən biri şəkilə rəyində bildirib.

Gununsesi.info