Şərab sexi partlayıb - XUDATDA

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 16:36

partlayis

Xudat şəhərində partlayış qeydə alınıb.

Gununsesi.info-nun xəbərinə görə,  hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Belə ki, ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı dağılıb. Bildirilib ki, partlayış nəticəsində  xəsarət alan yoxdur.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Hüuqu-mühafizə orqanları partlayişin səbəbləriniaraşdırır.

Gülnaz Qənbərli

Gununsesi.info