Sərdar Cəlaloğlu müxalifət partiyalarına müraciət etdi - KİMLƏR ONU DƏSTƏKLƏYƏCƏK

  • Müəllif: admin
  • 26 Fevral 2018 16:42
Seçkilərdə iştirak qərarı verdiyimiz ilk gün bütün müxalifət partiyalarına, ziyalılara, QHT nümayəndələrinə namizədimizə və ADP-nin seçki kompaniyasına dəstək xahişi ilə şifahi müraciət etmişik.
Bu barədə Gununsesi.info-ya ADP sədrinin müavini Həsrət Rüstəmov deyib.
Onun sözlərinə görə, əksər müxalifət partiyalarına birbaşa danışıqlar aparmağa başlamışıq. “Artıq Ümid partiyası bizə rəsmi dəstəyini ifadə edib. Digər partiyalarla danışıqlar davam edir. Biz dəstək verə biləcək hər bir siyasi qurumun, ayrı ayrı ziyalıların və demokratik cəmiyyətlərin hər birinin ayağına dəfələrlə gedib xalq naminə dəstək istəməyi düşünürük. Namizədimizin uğurlu seçki təbliğatının qurulmasında da dostlarımızın fikir və mülahizələrindən istifadə edəcəyik”- deyə, H.Rüstəmov bildirib.
O əlavə edib ki, əgər namizədimizi qeydiyyata aldıra bilsək, çalışacağıq ki, seçkinin verdiyi imkanlardan istifadə edib xalqa təkcə öz sözümüzü deyil, bütün müxalif cameənin fikirlərini çatdıraq.
Mürtəza
Gununsesi.info