“Sərhədə getməyin: nə bir xahiş, nə də təzyiqlə açılmayacaq” – Səfir Bülbüloğludan Rusiyadakı azərbaycanlılara xəbərdarlıq

  • By admin
  • 13 Aprel 2020 12:20

“Rusiyadakı Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq. 20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq, sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir. Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin. Xahiş edirik ki, səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək.”

Gununsesi.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyadakı səfir Polad Bülbüloğlunun müraciətinə istinadən məlumat yayıb.

Səfir bildirib ki, Azərbaycan hökuməti məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri martın 18-dən dayandırlıb.

Gununsesi.org