Sərhədçilər 1 milyard dollar dəyərində 16 ton kokain yaxalayıb

  • Müəllif: admin
  • 29 Mart 2017 07:08

kokain tonla

ABŞ sahil mühafizə xidməti Karib dənizində, Cənubi Amerika sahillərində və Sakit okeanda  60 gün ərzində keçirdiyi silsilə əməliyyatlar nəticəsində ümumilikdə 16 ton kokain müsadirə ediblər.

Gununsesi.info-nun newstes.ru-ya istinadən verdiyi məlumata görə, müsadirə edilmiş kokainin topdansatış qiyməti 420 milyon dollardan başlayaraq 1 milyard dollara qədər təşkil edir.

Qeyd edək ki, əməliyyat zamanı ABŞ sahil mühafizə xidməti 30 qaçaqmalçını yaxalayıb. İndi onlara narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılacaq.

Gununsesi.info