Sərhəddə saxlanılan azərbaycanlı polisə rüşvət təklif etdi

  • By admin
  • 10 Fevral 2020 18:21

Saxta sənədlə Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanılıb.

Gununsesi.org Dancor.sumy.ua-ya istinadən xəbər ki , hadisə Sumski vilayətində “Velikaya Pisarevka” sərhəd-keçid məntəqəsində baş verib.

Məlum olub ki, Azərbaycan vətəndaşı pasportunda qanunsuz qeydlər aparıb.

Saxlanılan azərbaycanlı sərhədçilərə 3000 rubl (80 AZN) məbləğində rüşvət təklif edib.

Qanunu pozan şəxs Ukrayna ərazisinə buraxılmayıb və Rusiyaya geri qaytarılıb.

Gununsesi.org