Sərhəddən qanunsuz siqaret keçirənlər saxlanıldı

  • By admin
  • 16 Fevral 2017 11:25

siqaret1

Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd “Kent” və “Marlboro” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info