Sərhədi pozan silahlı ZƏRƏRSİZLƏŞDİRİLDİ

  • Müəllif: admin
  • 02 May 2017 15:24

2017-05-02-14-25-182017-04-26-16-58-051493203053_dsx

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, Qusar rayon prokurorluğunun yaydığı məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu – 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Gununsesi.info