Sərkisyan ordunun başına ona görə onları gətirdi ki…

  • By admin
  • 23 Aprel 2017 10:47

rasim_musabyov

 

Bir ölkənin ki başçısı Sərkisyan ola, ondan nə gözləmək olar?!

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın ordunu mülki şəxslərə həvalə etməsi ilə bağlı açıqlama verən politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat bu fonda Sərkisyanın vaxtilə müdafiə naziri olmasına diqqət çəkib:

“Bir ölkənin ki başçısı Sərkisyan ola, ondan nə gözləmək olar?! Vaxtilə müdafiə naziri işləyən Sərkisyanın özü məgər hərbiçidir? Ümumiyyətlə, başsız Ermənistanda hərbiçilərə mülki şəxslər rəhbərlik edib və edir. Əslində, bu, yeni bir şey deyil, ölkə rəhbərliyinin Ermənistanı faciəyə sürükləyən qərarlarının ən bariz nümunəsidir”.

Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının üzvləri Artak Zakaryan və Artak Davtyan 15 apreldə müdafiə nazirinin müavinləri kimi vəzifələrinin icrasına başlayıblar.

İxtisasca hüquqşünas və diplomat olan Müdafiə naziri Vigen Sərkisyanın müavinləri də ixtisasca hərbi mütəxəssis hesab edilmirlər.

Zakaryan parlamentdə xarici əlaqələr komissiyasına, Davtyan isə elm, mədəniyyət, təhsil, gənclər və idman komissiyasına rəhbərlik edib.

 

Gununsesi.info