Sərnişin avtobusu 40 metrlik uçuruma yuvarlandı - 15 ÖLÜ, 45 YARALI

  • Müəllif: admin
  • 25 Yanvar 2018 09:15

Qvatemalada ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Uetananqo departamentində qeydə alınıb.

Sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində azı 15 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, avtobus idarəetmədən çıxıb və 40 metrlik uçuruma düşüb. Qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.

Gununsesi.info