Sərnişin avtobusu dərəyə aşdı: 10 ölü, 20 yaralı

  • By admin
  • 25 Noyabr 2019 11:48

Perunun mərkəzində sərnişin avtobusunun dərəyə aşıb. Gununsesi.org xəbər verir ki, ötən gün baş verən hadisə zamanı azı 10 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Bu barədə “Sinxua” agentliyi xəbər yayıb.

Bildirilir ki, qəza sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yaşanıb.

Yaralı sərnişinlər xəstəxanalara aparılblar.

Qəza ilə bağlı araşdırmalar aparılır.

Gununsesi.org