
Cümə axşamına keçən gecə Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarı relsdən çıxıb və nəticədə 18 nəfər xəsarət alıb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, insident yerli vaxtla 2.00-da ştatın paytaxtı Lakxnaudan 270 km. aralıda qeydə alınıb.
Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır.
Hadisəyə nəyin səbəb olduğu hələ məlum deyil. Hazırda insident araşdırılır.
Gununsesi.info












