Sərnişin qatarları günəş batareyaları ilə işləyəcək - HİNDİSTANDA

  • By admin
  • 27 İyul 2017 20:30

hindus

Hindistanın “Indian Railways” şirkəti ilk dəfə olaraq damlarında günəş batareyaları olan sərnişin qatarlarının istehsalına başlayıb.

Gununsesi.info “novate.ru” saytına istinadla bildirir ki, “Diesel Electric Multiple Unit” adlanan yeni qatar günəş elementləri hesabına özünü təmin edərək 21000 litr yanacağa, eləcə də 20000 dollara qənaət etmiş olur. Şirkət daha 20 belə qatarın istehsalını planlaşdırır.

Maraqlıdır ki, bir qatarın modernləşdirilməsı və zəruri texniki təchizatı üçün 14000 dollar xərc tələb olunur.

Gununsesi.info