Sərnişin təyyarənin tualetində BAĞLI QAPI ARXASINDA QALIB

  • By admin
  • 16 Noyabr 2017 16:36

İngiltərənin paytaxtı Londonun Gatwick hava limanında Easyjet sərnişin təyyarəsində bir nəfər tualetdə bağlı qapı arxasında qalıb.

Easyjet ekipajı sistemin bütün kreslolarının dolu olduğunu göstərdiyi halda, tualetin “məşğul olduğunu” göstərən xəbərdarlıq işığını fərq edincə şübhələnib.

Tualetdən çıxarılıb saxlanılan qaçaq sərnişinin təyyarəyə necə düşdüyü bilinmir.

Gatwich hava limanı, 25 yaşlı İsveçrəli sərnişinin bütün sənədlərinin olduğunu bildirib. Ancaq sərnişin təyyarəyə gecikdiyi üçün növbəti easyjet təyyarəsinə mindiyini sözlərinə əlavə edib.

Easyjet də sərnişinin təyyarə biletinin olmadığı halda necə mindiyini araşdırıldığını qeyd edib.

Gununsesi.info