
Gununsesi.info xəbər verir ki, Kanadada “West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.
Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.
İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.
Qəzanın səbəbləri araşdırılır.
Gununsesi.info












