Sərnişinləri təyyarənin içində karantində saxlamaq mümkündürmü?

  • By admin
  • 07 Mart 2020 10:46

Məşhur səyahət qruplarından olan “Gəzəyənlər”in həmtəsisçisi Babək Musazadə səfərə hazırlaşan vətəndaşlar tərəfindən onlara çoxsaylı suallar ünvanlandığını bildirib. 

Gununsesi.org xəbər verir ki, bu səbəbdən o, koronavirusun yayıldığı ərəfədə səyahətlə bağlı bir neçə məsələyə aydınlıq gətirib. Bildirib ki, heç bir ölkə, eniş edən təyyarəni karantində saxlamır:

“200-300 adamı 14 gün təyyarənin içərisində saxlamaq məntiqsizdir və mümkün deyil.

Bundan başqa, heç bir ölkə sizi oraya daxil olan kimi karantinə aparmayacaq. Karantinə ancaq sizdə xəstəlik aşkar olunarsa aparırlar.

Bir neçə ölkə xaric, (İranla olan bütün qonşu ölkə sərhədləri, İtaliya, Avstriya və s.) bütün sərhədlər açıqdır, aeroportlarda portativ və ya ümumi termal kameralar var, sərnişinlərin hərarətlərini ölçürlər.

Səyahətə getməzdən öncə o ölkə haqqında rəsmi mənbələrdən xəstəliyin vəziyyətini öyrənin. İran, İtaliya, Çin, Cənubi Koreya kimi ölkələrə səfərləriniz varsa, məsləhət görərdim ki, təxirə salasınız.

Səyahət zamanı və gündəlik həyatda gigiyena qaydalarından istifadə edin, əllərinizi tez-tez yuyun və tərkibi spirtli maddələrlə təmizləyin”.

Gununsesi.org